“Azəriqaz”in şikayəti təmin edilmədi

“Azəriqaz”in şikayəti təmin edilmədi backend

Bakı Apellyasiya Məhkəməsində ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyinin (İB) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı qaldırdığı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.


Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, şikayət təmin edilməyib, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılıb.

Qeyd edək ki, “Azəriqaz” nazirliyik tərəfindən istifadə olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati iqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etmədiyindən “Azəriqaz” İB apellyasiya şikayəti verib.