Milli Televiziya və Radio Şurası "Region" TV-də yayımlanan "Ferma" realiti şousunda yaşanan qalmaqala münasibət bildirib. MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Lent.az-a açıqlamasında deyib ki, hələ ki, verilişin təhlili aparılır: “ Verilişlə bağlı açıqlama olarsa, məlumat veriləcək”.
Qeyd edək ki, "Region" TV-də yayımlanan "Ferma" realiti şousunda qalmaqal yaşanıb. Proqramın ötən gün yayımlanan buraxılışında iki iştirakçı öncə mübahisə edib, sonra isə əlbəyaxa olub.