Əlillərə qarşı növbəti hörmətsizlik - Günahkarlar işdən qovuldu (yenilənib)

Əlillərə qarşı növbəti hörmətsizlik - Günahkarlar işdən qovuldu (yenilənib) backend

Avropa oyunlarına görə Bakıya gətirilən təzə avtobuslarda əlillər üçün nəzərdə tutulmuş yerlər ləğv edilib.

Qazilər.az saytının ANS PRESS-ə istinadən verdiyi məlumata görə, bu barədə "Facebook"da "Sancaq" səhifəsi məlumat yayıb.

Məlumatda deyilir ki, "88" nömrəli avtobusda sürücülər "Əlillər üçün" nəzərdə tutulmuş yerləri lagonda ilə dibindən kəsib tullayıblar.

Sürücülər bunun səbəbini belə izah edirlər ki, əlilər üçün yerləri ləğv etməklə avtobusa daha çox sərnişin götürürlər.

Məsələyə aydınlıq gətirmək üçün Etibar Manafovun ANS PRESS-ə verdiyi məumata görə, hadiədən şirkət rəhbərliyi xəbərsiz olub. Avtobusdakı əlillər üçün nəzərdə tutulan yeri həmin avtobusu idarə edən 2 sürücü özbaşına olaraq çıxarıb.

“Biz həmin sürücülər barədə Nəqliyyat Nazirliyinə və nəqliyyat departamentinə məlumat vermişik. Həmin sürücülər işdən qovulublar. Əlillərin yeri yenidən bərpa olunub. Çalışacağıq ki, bundan sonra sürücülərimiz özbaşına belə iş tutmasınlar. Onlarala görüşüb, bu barədə xüsusi göstəriş vermişəm. Ümumiyyətlə sərnişin avtobusunun konstruksiyasına özbaşına əlavə və çıxarış etmək qəti qadağandır”, - deyə Etibar Manafov bildirib.

Bakı şəhər Yol Polisi İdarəsindən də billdirilir ki, özbaşına olaraq sərnişin avtobuslarının konstruksiyasına dəyişiklik etmək qadağandır.

Bu barədə Bakı şəhər Dövlət Yol polsi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov ANS PRESS-ə bildirib. Onun sözlərinə görə, yol polisi və nəqliyyat nazirlərinin əməkdaşları mütəmadi olaraq bununla mübarizə aparırlar.

Nəqliyyat Nazirliyi də məsələni daim diqqət mərkəzində saxladıqlarını bildiriblər. Qurumun mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, bir neçə dəfə belə sürücülər aşkarlanıb.

“Problemli avtobuslar xətdən kənarlaşdırılıb, sürücü cərimələnib, sahibkarlara xəbərdarlıq edilib. Sahibkarlar da, sürücülər də bilməlidirlər ki, avtobusların konstruksiyasına dəyişiklik etmək qanunsuz əməldir. Sahibkarlara tövsiyyə edirəm ki, bu əməllərdən çəkinsinlər. Əsk təqdirdə bu onların ziyanına olacaq”, - deyə Namiq Həsənov bildirib.

Qeyd edək ki, 2014-cü ilin sonunda 50, bu ilin əvvəlində isə daha 150 avtobus Bakıya gətirilib
Diaspora