Novruz bayramına hazırlıq işlərinə başlandı

Novruz bayramına hazırlıq işlərinə başlandı backend

Hər il mart ayının 19-da Bakıda keçirilən ümumxalq Novruz şənliyinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin sədrliyi ilə geniş tərkibli müşavirə keçirilib.

Nazirlikdən verilən məlumata görə, müşavirədə nazirliyin əlaqədar şöbə müdirləri, məsul əməldaşları, rayon və şəhər mədəniyyət və turizm şöbələrinin müdirləri, teatr-konsert, kino müəssisələrinin və digər aidiyyəti təşkilatların rəhbərləri, yaradıcı şəxslər iştirak edib.
Tədbirdə geniş məruzə ilə çıxış edən nazir müavini Ə. Vəliyev Novruz bayramının bu il də təntənə ilə qeyd olunması üçün nazirlikdə müvafiq əmr imzalandığını, əlaqədar təşkilatlara və şəxslərə tapşırıqların verildiyini bildirdi. Qeyd olundu ki, xalqımızın ən sevimli bayramı olan Novruz bayramının rəngarəng və yaddaqalan şəkildə qeyd olunması üçün təşkilati məsələlər həll edilib, tədbirdə iştirak edəcək yaradıcı şəxslər və kollektivlər müəyyənləşib.
İclasda bayram şənliyinə hazırlıq işlərinin davam etdirilməsi, məşqlərin yüksək səviyyədə və qrafikə uyğun aparılması üçün müvafiq tapşırıqlar verilib.
Mənbə: Lent.az
Diaspora