Müdafiə Nazirliyinin idarə rəisi işdən çıxarıldı

Müdafiə Nazirliyinin idarə rəisi işdən çıxarıldı backend

Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədov vəzifəsindən azad olunub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, müdafiə naziri Zakir Həsənovun əmrilə polkovnik Yaqub Əhədov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırılıb.