Misirdə qaçırılan təyyarədə azərbaycanlı sərnişinlər varmı? - RƏSMİ

Misirdə qaçırılan təyyarədə azərbaycanlı sərnişinlər varmı? - RƏSMİ backend

Azərbaycanın Misirdəki səfirliyi qaçırılmış Misir təyyarəsinin göyərtəsində azərbaycanlıların olub-olmamasını araşdırır. Bunu Trend-ə diplomatik missiyadan deyiblər.

Xatırladaq ki, EgyptAir aviaşirkətinin A-320 sərnişin təyyarəsi naməlum şəxslər tərəfindən səhər saatlarında qaçırılıb.

А-320 təyyarəsini qaçıran şəxs Misir vətəndaşlarına təyyarəni tərk etməyə icazə verib. Təxminən 20 nəfər sərnişin qaçırılan А-320 təyyarəsini tərk edib.

Hazırda təyyarəni qaçıran şəxslə Kipr hökuməti üzvləri danışıqlar aparırlar