Dağlıq ərazilərə 10-15 sm qar yağıb - Faktiki hava

Dağlıq ərazilərə 10-15 sm qar yağıb - Faktiki hava backend

Azərbaycanın şimal bölgəsinin dağlıq ərazilərdə yerləşən bəzi yaşayış məntəqələrinə qar yağıb.

Bu barədə APA-nın yerli bürosuna Quba Regional Hidrometeorologiya İdarəsində məlumat verib. Quba rayonunun Xınalıq kəndinə 15 santimetr, Qırızda 13 sm, Rükdə 10 sm, Qusarın Ləzə kəndində isə qarın qalınlığı 12 sm-ə çatıb.

Temperatur isə mənfi 2 dərəcəyədək enib.