1239 nəfər rezidenturaya qəbul imtahanı verəcək

1239 nəfər rezidenturaya qəbul imtahanı verəcək backend

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 3-də 2016/2017-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının I mərhələsini keçirəcək. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, namizədlər martın 29-dan etibarən öz elektron ərizələrinə daxil olaraq "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə martın 1-dən 10-dək aparılıb və 1239 nəfər namizəd elektron ərizə doldurub və təsdiq edib. Onlardan 853 nəfəri qız, 386 nəfəri isə oğlandır. 1085 namizəd Azərbaycan, 154 namizəd isə rus bölməsinin məzunudur.