AZAL İstanbula uçuşu su qiymətinə endirdi

AZAL İstanbula uçuşu su qiymətinə endirdi backend

Azərbaycan Hava Yolları QSC (AZAL) Bakı-İstanbul reysi üzrə biletlərin qiymətini bu gündən etibarən aşağı salıb. AZAL-dan Axar.az-a verilən məlumata görə, yeni tariflə Bakıdan İstanbula gediş-dönüşün minimal qiyməti 179 manat olub.


Bu məbləğə yalnız gediş-dönüş bileti daxildir və yerlər məhduddur.

Qeyd edək ki, uçuşlar həftənin hər günü həyata keçirilir.