Azərbaycanın müdafiə naziri Sloveniya Prezidenti ilə görüşüb

Azərbaycanın müdafiə naziri Sloveniya Prezidenti ilə görüşüb backend

Bu gün Sloveniya Prezidenti Borut Pahor Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanaraq, səfərin uğurla keçdiyi, hərbi və müdafiə sahəsində əməkdaşlığa mühüm töhfə verəcəyi, o cümlədən əlaqələrin daha da genişlənəcəyinə ümidvar olunduğu bildirilib.

Tərəflər Silahlı Qüvvələrin bölmələrinin beynəlxalq əməliyyatlarda və missiyalarda iştirakına önəm verərək, hərbi qulluqçuların dil kurslarında və digər treninqlərdə hazırlığının əhəmiyyətini qeyd ediblər. Görüşdə təhlükəsizlik və digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Diaspora