Nizami rayonunda içməli suyun verilməsində məhdudiyyət olacaq

Nizami rayonunda içməli suyun verilməsində məhdudiyyət olacaq backend

Bakının Nizami rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Qurum rəsmisi qeyd edib ki, “+82 Şərq” su anbarının çıxış xətlərinin birində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar martın 25-də gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.