Bu ilin fevral ayında Azərbaycanda 78 nəfər qidadan zəhərlənib. Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə bildirilib ki, bu ilin fevral ayında Azərbaycanda 62 qida zəhərlənməsi hadisəsi baş verib. Bu müddətdə 2 botulizm hadisəsi qeydə alınıb, nəticədə 3 nəfər zərər çəkib.
Ümumilikdə bu ilin yanvar-fevral ayları ərzində 126 zəhərlənmə hadisəsi baş verib. Nəticədə 170 nəfər qidadan zəhərlənib.Zəhərlənmə hadisələri əsasən məişət şəraitində baş verib. Ümumilikdə qida zəhərlənmələrinin ümumi sayında kütləvi zəhərlənmələrin payı çox az olub.