Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi genişləndirilə bilər

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi genişləndirilə bilər backend

Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının sahəsi 400 hektardır, lakin gələcəkdə genişləndirilə bilər. Trend-in məlumatına görə, bunu jurnalistlərə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) ilə birgə təşkil edilən tədbir çərçivəsində deyib.

Onun sözlərinə görə, 2016-cı ilin sonunadək "Ro-ro" terminalının tikintisi başa çatacaq.

T.Ziyadov qeyd edib ki, təqribən 100-115 hektar ərazidə azad ticarət zonasının yaradılması təklif edilib.