15 dərəcə isti - Sabahın havası

15 dərəcə isti - Sabahın havası backend

Martın 18-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq, gündüz mülayim cənub-qərb küləyi arabir güclənəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu Abşeronda gecə 1-4, gündüz 10-15, Bakıda gecə 2-4 dərəcə, gündüz 13-15 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.