Rezidenturaya onlayn sınaq imtahanı aparılır

Rezidenturaya onlayn sınaq imtahanı aparılır backend

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 17 mart tarixindən etibarən rezidenturaya qəbul imtahanının birinci mərhələsi – baza fənləri üzrə onlayn sınaq imtahanı aparılır. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, iştirak etmək istəyənlər TQDK-nın internet saytının müvafiq səhifəsində (http://eservices.tqdk.gov.az/sinaq/online_ex.aspx) qeydiyyatdan keçərək online rejimdə sınaq imtahanında iştirak edə bilərlər.


Qeyd edək ki, rezidenturanın birinci mərhələsinə imtahan aprelin 3-də, ikinici mərhələsinə isə iyulun 29-da keçiriləcək.
Diaspora