Azərbaycanlıların 65%-i Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dünyanın 5 lideri içərisində ən xarizmatik şəxs hesab edir. Bu nəticə Axar.az saytında keçirilən elektron sorğudan sonra əldə olunub. Sorğuda iştirak edənlərə “Kimi daha xarizmatik lider sayırsınız?” sualı ilə müraciət edilib.
4173 nəfərin iştirak etdiyi sorğuda respondentlər ABŞ Prezidenti Obama, Rusiya Prezidenti Putin, Almaniya kansleri Merkel, Türkiyə Prezidenti Ərdoğan və Qazaxıstan Prezidenti Nazarbayev içərisindən R.T.Ərdoğanı 65 faizlə birinci yerə yüksəldiblər. İkinci yeri 18% səslə Rusiya Prezidenti Vladimir Putin tutub.
Respondentlərin 8%-i Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, 6%-i Almaniya kansleri Angela Merkeli bu yerə layiq görüb.