“Heydər“ məscidində Ankara terrorunun qurbanları anılıb

“Heydər“ məscidində Ankara terrorunun qurbanları anılıb backend

Azərbaycanın ən böyük məscidi olan "Heydər" məscidində bu il martın 13-də Türkiyənin paytaxtı Ankara şəhərində törədilən terror faciəsi nəticəsində həlak olan şəxslər anılıb.

QAZİLER.AZ-ın "Report"a istinadən xəbərinə görə, bu barədə "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri hacı Sabir Həsənli məlumat verib.

O bildirib ki, qılınan namazlarda faciədə ölənlərin ruhuna dualar edilib: "Martın 15-də "Heydər" məscidində qılınan günorta və axşam namazlarında Ankarada baş verən terror aktı nəticəsində həlak olanların ruhuna dualar edildi, Allahdan rəhmət dilənildi".