Azərbaycanda konserv zavodlarını və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən emal müəssisələrini vergidən azad etmək lazımdır.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında deyib.O bildirib ki, emal müəssisələri və konserv zavodları vergidən azad edilmədiyinə görə onlar digər ölkələrin analoji müəssisələri ilə rəqabət apara bilmirlər: "Nəticədə həmin müəssisələr dünya bazarlarına çıxa bilmirlər".
S.Novruzov, həmçinin ölkəyə hansı həcmdə kənd təsərrüfatı məhsullarının lazım olduğunu hər il proqnozlaşdıra biləcək strateji mərkəz yaratmağı təklif edib: "Belə struktur, məsələn, ABŞ-da var".