Səfir: Azərbaycan Aİ və İtaliyanın çox vacib tərəfdaşıdır

Səfir: Azərbaycan Aİ və İtaliyanın çox vacib tərəfdaşıdır backend

Azərbaycan Aİ və İtaliyanın çox vacib tərəfdaşıdır. Trend-in məlumatına görə, bunu İtaliya səfiri Campaolo Kutillo Bakıda Aİ-nin maliyyələşdirdiyi tvininq-layihənin təqdimatında deyib.

O bildirib: "Biz əlaqələrimizi möhkəmləndirməyə davam edirik. İki ölkənin xeyli ortaq nöqtələri var. Azərbaycan İtaliyanın tarixi irsinin qorunmasına çox vacib töhfə verib".

Tvininq-layihənin məqsədi mədəniyyət sahəsində hüquqi bazanın və idarəetmə sisteminin modernləşdirilməsidir.