Bu gün Azərbaycanda Novruz çərşənbələrindən sonuncusu, Torpaq çərşənbəsi qeyd olunur.
Novruzdan əvvəlki son 4 çərşənbəyə xüsusilə Azərbaycan mədəniyyətində ayrı bir əhəmiyyət verilir. Novruz yaradılışın mərhələlərini işarələyən 4 ünsür ilə (su, od, külək və torpaq) əlaqədar ənənələrini daxildir. Ümumiyyətlə Çərşənbə günlərində və xüsusilə bu son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə (təbiət ruhlarına) hörmətsizlik edilməməsi lazım olduğuna inanılar.Bu gün Azərbaycanda sonuncu-torpaq çərşənbəsi qeyd olunur.
Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə - Topraq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq cərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.
Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.