Ankara terrorunda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur - Rəsmi

Ankara terrorunda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur - Rəsmi backend

Ankarada martın 13-də törədilmiş terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Elbəyi Əliyev bildirib.

"Türkiyənin müvafiq strukturları ilə əlaqə saxlamışıq, məlum olub ki, onların da Səhiyyə Nazirliyi və Ankara şəhər Valiliyindən aldıqları məlumata əsasən, terror hadisəsi zamanı ölən və ya yaralananlardan Azərbaycan Respublikası mənsubiyyəti olan şəxs yoxdur”,- deyə açıqlamada deyilir.