Sərhəddə öldürülən Yardımlı sakinlərinin adları bilindi - YENİLƏNİB

Sərhəddə öldürülən Yardımlı sakinlərinin adları bilindi - YENİLƏNİB backend

Martın 13-də gecə Azərbaycan-İran sərhədində öldürülən sərhəd pozucularından ikisinin kimliyi müəyyənləşib. APA-nın cənub bürosunun məlumatına görə, onlar Yardımlı rayonunun Ostayir kənd sakinləri - Sadiq Teyyub oğlu Rəhimov və Əkbər Əjdər oğlu Qasımovdur. Sərhəd pozucularından 3-ü isə Banqladeş vətəndaşıdır.

***
Martın 13-də gecə Azərbaycan-İran sərhədində öldürülən sərhəd pozucularından 3-ü Banqladeş vətəndaşı, 2-si isə Yardımlı sakinidir.

APA-nın cənub bürosu xəbər verir ki, meyitlər Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib.

Meyitlər müayinə olunduqdan sonra aidiyyəti üzrə təhvil veriləcək.