Leyla və Arif Yunusların apellyasiya şikayəti təmin edilməyib

Leyla və Arif Yunusların apellyasiya şikayəti təmin edilməyib backend

Bu gün Bakı Apellyasiya Məhkəməsində Leyla Yunus və Arif Yunusun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi davam etdirilib.

Qaziler.az bildirir ki, Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib. Vəkil qeyd edib ki, Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verəcəklər.
Qeyd edək ki, Leyla və Arif Yunuslar müalicə üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. Məhkəmə onların müraciətini təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.