“Həzi Aslanov“da eskalator dayandırıldı

“Həzi Aslanov“da eskalator dayandırıldı backend

"Həzi Aslanov" metro-stansiyasının 2-ci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lüft yarandığı müşahidə edilib. Bu məqsədlə həmin eskalator təmirə dayandırılıb.


Axar.az xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

O, 11 mart 2016-ci il tarixindən etibarən 1 saylı eskalator təxminən 1 ay təmirdə olacağını bildirib.

Qeyd edək ki, 1 saylı eskalatorun 07 aprel 2016-cı il tarixində sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır. Digər eskalator isə işlək olacaq.