20 dərəcə isti olacaq

20 dərəcə isti olacaq backend

Martın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 10-15 dərəcə, Bakıda gecə 5-7 dərəcə, gündüz 12-14 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq, zəif şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 5-10 dərəcə, gündüz 15-20 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə, gündüz 9-14 dərəcə isti olacaq.