Bakının mərkəzində dəhşət: üstünə benzin töküb özünü yandırdı

Bakının mərkəzində dəhşət: üstünə benzin töküb özünü yandırdı backend

Özünü yandıran şəxsin kimliyi araşdırılır. Bu gün səhər saatlarında Bakının mərkəzində intihara cəhd olub. Lent.az-ın məlumatına görə, Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının yaxınlığında, Filarmoniya bağında şəxsiyyəti hələlik məlum olmayan 40-45 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb.

O, xəstəxanaya yerləşdirilib. Özünü yandıran şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.