Səhiyyə Nazirliyində Apelyasiya Şurası yaradılıb. Nazirliyin mətbuat xidmətindən Axar.az-a daxil olan məlumata görə, Apelyasiya Şurasının ilk iclası keçirilib, kollegial orqanın fəaliyyət istiqamətləri və təşkilatı məsələlər müzakirə edilib.
Tərkibinə Səhiyyə Nazirliyinin məsul şəxsləri daxil olan Apelyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı verilən təkrar şikayətlərə baxan kollegial orqandır.
Səhiyyə Nazirliyində Şuranın yaradılması şikayətlərə baxılma sahəsində şəffaflığın və obyektivliyin, həmçinin sahibkarların hüquqlarının və qanuni maraqlarının müdafiəsi məsələlərinə diqqətin daha da artırılmasına xidmət edəcək.
Qeyd edək ki, Prezidentn İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında” fərman imzalayıb.