Lənkəran Sərhəd Dəstəsinin qarnizonunda yeni inşa olunan yaşayış kompleksi istifadəyə verilib. Report-un verdiyi məlumata görə, yaşayış kompleksinin açılış mərasimində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev çıxış edib.
E.Quliyev dövlət sərhədlərinin toxunulmazlığının təminatı sahəsində dinamik inkişafın uğurla davam etdirilməsi, sərhədçilərin xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətlər barədə danışıb.E.Quliyev bildirib ki, DSX tərəfindən son 10 ildə 600-dən çox yeni inzibati binaları inşa edilib ki, bunun da 160-ı yaşayış binalarıdır:
"Bu, Azərbaycan sərhədçisinə, dövlət sərhədlərinin mühafizəsinə göstərilən ən yüksək qayğının təzahürüdür".
General-leytenant Elçin Quliyev vurğulayıb ki, sərhəd dəstəsində mövcud olan 150 mənzilli yaşayış binalarının sırasına yeni əlavə edilən bina 38 mənzildən ibarətdir:
"Binada yaşayış üçün bütün şərait yaradılıb. Həyətində idman və əyləncə meydançası, yaşıllıqlar salınıb".
Hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim olunduqdan sonra yeni mənzillərə baxış keçirilib.