Kikboksçu: “Ermənilərlə bağlı sözümün arxasındayam“

Kikboksçu: “Ermənilərlə bağlı sözümün arxasındayam“ backend

"Ermənilərə giriş qadağandır" başlıqlı müsahibəmə olan rəyləri oxuyuram. Bəzi gənc azərbaycanlılar fikrimin səhv olduğu, irqçilik etdiyim, demokratik ölkədə yanlış mövqe tutduğum qənaətindədirlər. Mən sözümün arxasındayam!


Axar.az xəbər verir ki, bu sözləri Böyük Britaniyada yaşayan tanınmış kikboksçu, “Qafqaz” Kikboksinq Klubunun rəhbəri Hafiz Baxşəliyev bildirib.

“Bizim ətrafımızda millətini, bayrağını sevən kifayət qədər gənclər var. Bizim səhv olduğumuzu deyən gəncləri isə öz cərgəmizə dəvət edir, vətənpərvərliyi, ermənilərin bizə törətdiyi müsibətləri, Qarabağı tanımağı digər gənc dostlarımızdan öyrənməyi məsləhət görürəm. Əgər buna da razı deyillərsə, özlərinə azərbaycanlı deməsinlər. Yoxsa onlara da klubumuza giriş qadağan olar!” - Baxşəliyev deyib.