Gürcüstan XİN rəhbərinin Bakı səfəri başladı

Gürcüstan XİN rəhbərinin Bakı səfəri başladı backend

Gürcüstanın Xarici İşlər naziri Mixail Canelidze Azərbaycanda səfərdədir. Axar.az xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda Canelidzenin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi bildirilir. Onun Xarici İşlər naziri Elmar Məmmədyarov, Baş nazir Artur Rasizadə, spiker Oqtay Əsədovla görüşü də nəzərdə tutulub.


Qeyd edək ki, bir müddət öncə SOCAR-la Tiflis arasında yeni qaz anlaşması imzalanıb. Müqaviləyə əsasən, Bakı Tiflisə qaz ixracını 500 milyon kub metr artıracaq. SOCAR bununla“Qazprom”un və İranın Gürcüstan qaz bazarına girişinə mane olub.