Mədət Quliyevə müavin təyin olundu

Mədət Quliyevə müavin təyin olundu backend

Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub. APA-nın əldə etdiyi məlumata görə, prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib.


İ. Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb, sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə təcrübəli mütəxəssis kimi yenidən xidmətə qaytarılıb.

DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə isə Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb.

Ə. Şəfiyev milli təhlükəsizlik nazirinin müavini olub.

DTX-nin bütün idarələrinə də yeni rəislər təyin olunub.

DTX-dan yeni təyinatların olduğu barədə məlumatı APA-ya təsdiqləyiblər.