Aygün məmur oğlu ilə sevgisindən danışdı - FOTO

Aygün məmur oğlu ilə sevgisindən danışdı - FOTO backend

Xalq artisti Aygün Kazımova ilk dəfə məmur oğluyla yaşadığı sevgi münasibətindən danışıb.

Qaziler.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, Aygün Kazımova “ATV maqazin onlarla” verilişinin “İnanmayacaqsız” rubrikasında sevgilisindən ayrılma səbəbini açıqlayıb:

“Sevgilim var idi, bir-birimizi çox sevirdik. Bizim sevgimiz şəhərə yayıldı. Özü məşhur biznesmenin övladı idi. Səhnədə çıxış edən zaman gəlib məni dinləyirdi. Şəhərdəki qızların aşiq olduğu biri idi. Əvvəlcə onu tanımırdım. Elə gözəl sevgimiz var idi ki…Onun valideynləri bundan xəbərdar oldular, düşündülər ki, oğullarını itirirlər. İtirmək qorxusunun qarşısında aciz qaldılar. Bizi sevə-sevə ayırdılar. Onu başqa ölkəyə göndərdilər. Ondan sonra telefon bağlantılarına, ölkəyə gəlişini nəzarət edirdilər. Dəhşətli bir ayrılıq idi. Onu güclə evləndirdilər. Ailə qurdu, gözəl bir övladı dünyaya gəldi. Artıq taleyimizlə barışdıq. O, müğənni Aygün Kazımovayla evlənməməli imiş…Taleyi elə gətirdi ki, ailəsi dağıldı, ikinci dəfə isə müğənni ilə evləndi. Elə bir müğənni ilə evləndi ki, onun səhnəyə gəlməsində, ilk addımlarını atmasında əməyim olub”.