Elmar Məmmədyarov Karasinlə görüşdü

Elmar Məmmədyarov Karasinlə görüşdü backend

Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov və Bakıda səfərdə olan Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin Xəzər dənizində beynəlxalq əməkdaşlığa dair sənədlərin hazırlanması prosesini müzakirə ediblər. APA-nın “RNS”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya xarici siyasət qurumunun rəsmi saytında bildirilir.

“Xüsusi diqqət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusuna və Xəzər dənizində beynəlxalq əməkdaşlığa dair sənədlərin hazırlanması prosesinə ayrılıb”, - deyə məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, söhbət zamanı tərəflər arasında bölgədə vəziyyətin inkişafı, Rusiya və Azərbaycanın qonşu dövlətlərlə qarşılıqlı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilib.