Rusiya və Ermənistan prezidentləri arasında telefon danışığı olub. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Vladimir Putin və Serj Sarkisyan Rusiya-Ermənistan müttəfiqliyi və tərədaşlığının əsas məsələlərini, xüsusən neft-qaz və dinc atom sahələrində əməkdaşlığı müzakirə ediblər: “2015-ci il 2 yanvar tarixində Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olması ilə əlaqədar iki ölkənin liderləri inteqrasiya prosesinin gələcək inkişafına dair fikir mübadiləsi aparıblar. O cümlədən, Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunan birgə tədbirlərin planı razılaşdırılıb”.Putin və Sarkisyan telefonla danışıb

