Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 2015-ci il Novruz Bayramı münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin açıqlanması ilə bağlı təntənəli tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistləri Novruz bayramı münasibəti ilə təbrik edib.Azərbaycan mediasının inkişafından söz açan Ə. Həsənov Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) 95 illik yubileyi münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən AzərTAc-ın baş direktoru Aslan Aslanov və AzərTAc əməkdaşlarının təltif edildiyini xatırladıb və orden və medalları AzərTAc əməkdaşlarına təqdim edib.
Daha sonra KİVDF sədri Vüqar Səfərli müsabiqə barədə məlumat verib. V. Səfərli bildirib ki, müsabiqəyə 120 yazı təqdim olunub, bu yazılar 9 ekspert tərəfindən qiymətləndirilib. Ümumilikdə 16 istiqamət üzə 1 birinci yer, 2 ikinci yer, 3 üçüncü yer olmaqla 90 jurnalist mükafatlandırılıb.
Daha sonra qaliblərə mükafatlar təqdim edilib.