“Financial Times“da Avropa Oyunları haqqında məqalə dərc edilib

“Financial Times“da Avropa Oyunları haqqında məqalə dərc edilib backend

Böyük Britaniyanın "Financial Times" qəzetində iyunda Bakıda keçiriləcək I Avropa Oyunları haqqında məqalə dərc edilib. Trend-in məlumatına görə, məqalə müəllifi Cek Farçi yazır ki, Azərbaycanın Oyunlara hazırlaşmaq üçün cəmi 3 il vaxtı olub: "Adətən belə qlobal tədbirlərə 7 il vaxt lazım olur. Lakin ölkə işin öhdəsindən uğurla gəlir".

Məqalədə deyilir ki, Azərbaycan meqa-layihələri birinci dəfə qəbul etmir, amma Avropa Oyunları bütün əvvəlki layihələri üstələyir: "Hökumət Azərbaycanın dünya arenasında "yumşaq gücü"nün irəliləməsi üçün Oyunlara, ümumiyyətlə, idmanın daha geniş strategiya kimi istifadəsinə birinci addım kimi baxır".

C.Farçi bildirir ki, Avropa Oyunlarından sonra ölkədə gələn il "Formula-1" Qran-pri yarışları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının bəzi oyunları keçiriləcək. Bundan başqa, Bakı Olimpiada-2024-ə ev sahibliyi etmək üçün sifariş ərizəsi təqdim edəcək.

Məqalədə deyilir: "Oyunların baş əməliyyat direktoru Saymon Kleq qeyd edib ki, Avropa Oyunları Azərbaycan üçün böyük hadisə olacaq. Avropa Oyunları Əməliyyat Komitəsinin idman direktoru Pirs О`Kallaqan təşkilatçıların Avropa Oyunlarının 11 idman növü üzrə yarışları 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək olimpiada üçün təsnifat oyunları edə bilmələrinin vacibliyini vurğulayıb. Bu o deməkdir ki, idmançıların Avropa Oyunlarında iştirak etməyə motivasiyası olacaq".

Müəllif yazır ki, Təşkilat Komitəsi Oyunlarda könüllü işləmək istəyənlərdən artıq 29 min sifariş alıb.
Diaspora