Gəncədə Qış məktəbinin təlimləri yekunlaşıb

Gəncədə Qış məktəbinin təlimləri yekunlaşıb backend

Gəncə Şəhər İcra Hakimiyyətinin, şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi və Gəncə Dövlət Universitetinin (GDU) təşkilatçılığı ilə “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” proqramı çərçivəsində həyata keçirilən tələbələrin I könüllülük Qış məktəbi yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və “Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin koordinatoru Aysun Zeynalova layihənin proqramına uyğun olaraq tələbələrlə görüşüblər.

Görüşdə bildirilib ki, müxtəlif layihələr çərçivəsində həyata keçirilən bu cür təlim və seminarlar könüllü gənclərin sosiallaşması, həmçinin bilik və bacarıqlarının inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Daha sonra “Sosial gecə” keçirilib. Gecədə rəsmlər nümayiş olunub, tələbələr bədii kompozisiya göstərib, müxtəlif çalğı alətlərində musiqi ifa ediblər.