Monitorinq insidentsiz ötüşdü

Monitorinq insidentsiz ötüşdü backend

Monitorinq baş tutub. Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 2-də Ağdam rayonu ərazisindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Qeyd edək ki, Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Peter Svedberq və Saymon Tiller keçirib.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Jiri Aberle və Yevgeni Şarov keçirib.