Məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiya layihəsi davam edir

Məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiya layihəsi davam edir backend

Heydər Əliyev Mərkəzinin orta ümumtəhsil məktəblərinin şagirdləri və məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqlar üçün ekskursiya layihəsi davam edir.

Heydər Əliyev Mərkəzindən Trend-ə verilən məlumata görə, 2015-ci ilin əvvəlindən paytaxtın 40-dan çox tədris müəssisəsində təhsil alan şagird və azyaşlılar Mərkəzdə olublar.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə reallaşdırılan bu layihə 2013-cü ilin sentyabr ayından başlayıb.

Məktəblilər ekskursiya zamanı Mərkəzdəki Heydər Əliyev Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat alır, eləcə də nümayiş etdirilən müxtəlif sərgilərlə tanış olurlar.

Layihə Heydər Əliyev irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədi daşıyır.
Diaspora