İkinci sınaq imtahanına yazılış vaxtı müəyyən olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, TQDK tərəfindən abituriyentlər üçün ikinci sınaq imtahanı aprelin 12-də keçiriləcək. Həmin imtahanda iştirak etmək üçün qeydiyyatın martın 17-dən etibarən aparılması nəzərdə tutulur.
Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.TQDK-dan abituriyentlərə MÜRACİƏT: “Martın 17-də qeydiyyatdır“

