Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və 'Günəşli' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, nazirliyin aidiyyəti qurumları itkin düşmüş neftçilərin axtarışını hər gün davam etdirir.