Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib.
Lent.az-ın nazirliyinin saytına istinadən xəbərinə görə, nazirliyin müraciətində qeyd olunur ki, yanğın təhlükəsi ilə üzləşməmək üçün bunları bilmək vacibdir:- bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
- tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
- tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
- yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Təhlükə zamanı 112-yə zəng edin!