TQDK bakalavrlara müraciət edib

TQDK bakalavrlara müraciət edib backend

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bakalavrlara müraciət edib. KOmissiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bakalavrlar elektron ərizələrinə daxil olmaqla (https://eservices.tqdk.gov.az/brxvmag/?frm=egov) martın 6-da keçiriləcək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edib götürə bilərlər.


Bakalavr qəbul imtahanında iştirak etmək üçün imtahanın yeri və keçirilmə tarixi qeyd olunan “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyətini təsdiq edən sənədi mütləq imtahana gətirməlidir.