İlham Əliyev nazirlərin toplantısında iştirak edir - YENİLƏNİB

İlham Əliyev nazirlərin toplantısında iştirak edir - YENİLƏNİB backend

Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı işə başlayıb. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev toplantıda iştirak edir.


İclasda, həmçinin “Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak, ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokşteyn, Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi departamentinin beynəlxalq enerji məsələləri şöbəsinin baş direktoru Edmund Hosker, İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçenti və digər şəxslər iştirak edirlər.

İclas çərçivəsində üç plenar sessiya və “dəyirmi masa” keçiriləcək.

Sonda Azərbaycanın energetika naziri Natiq Əliyev və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç mətbuata bəyanatlarla çıxış edəcəklər.


09:58

Bu gün Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclası keçirilir.

“APA-Economics” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin də qatıldığı toplantıda layihənin iştirakçısı olan ölkələrin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan, Xorvatiya, Serbiya, Monteneqronun enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, ABŞ, Avropa İttifaqıvə Böyük Britaniyanın yüksək vəzifəli şəxslərinin, habelə Transanadolu Boru Kəməri (TANAP) və Transadriatik Boru Kəməri (TAP) layihələrinin və beynəlxalq maliyyə təşkilatlarının rəhbərlərinin iştirakı nəzərdə tutulub.

Tədbirə həmçinin ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokstayn,Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, həmçinin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç də iclasa qatılıb.

İclas üç plenar sessiya və dəyirmi masadan ibarət olacaq.

Tədbirin yekununda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamə imzalanacaq.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ilk iclası ötən il fevralın 12-də keçirilib.