Qazimizin ad günüdür - Asəf Əliyev 51

Qazimizin ad günüdür - Asəf Əliyev 51 backend

Qarabağ qazisi, “Qarabağ qaziləri” ictimai birliyinin idarə heyətinin üzvü Asəf Əliyevin doğum gündür. Bu münasibətlə “Qarabağ qaziləri” ictimai birliyi Asəf Əliyevi təbrik edib. Təbrikdə deyilir:

Əzizimiz Asəf bəy!


Sən vətənə olan sevgini döyüşlərdə sübuta yetirmisən. Keçdiyin şərəfli döyüş yolu əsl qəhrəmanlıq səlnaməsidir.

Bu gün Qarabağ qaziləri birliyi olaraq müharibə insanlarına göstərdiyimiz xidmətlərdə sənin rolun hamıdan çoxdur! Çünki sən təşkilatımızın qurucusu və təməl daşlarındansan.

Sən həm də sadiq dost və ötkəmsən. Bu isə insana xas olan ən gözəl xüsusiyyətlərdəndir. Elə buna görə də, hamının rəğbətini qazanmısan.


Hörmətli, Asəf bəy!

Səni 51 yaşın münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı, bir də doğma yurdumuza dönüş arzulayırıq!

Amin!

Hörmətlə,
“Qarabağ qaziləri” ictimai
birliyinin idarə heyəti