“Azəryolservis“ çökən yolun bərpasına başladı

“Azəryolservis“ çökən yolun bərpasına başladı backend

"Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti fevralın 27-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində baş vermiş çökmənin aradan qaldırılmasına başlayıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, bu gün yolda sürüşmənin fəsadlarının və qarşısının alınması istiqamətində işlərə başlanılıb.

Xatırladaq ki, fevralın 27-də adıçəkilən ərazidə baş verən sürüşmə nəticəsində yolun bir tərəfində hərəkət istiqamətində çökmə baş vermişdi. Hadisə nəticəsində avtomobillərin yolun digər zolağı ilə hərəkəti təmin edildiyindən yol bağlanmamışdı.