İlham Əliyev FİFA-nın yeni prezidentini təbrik etdi

İlham Əliyev FİFA-nın yeni prezidentini təbrik etdi backend

Prezident İlham Əliyev Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti cənab Canni İnfantinoya təbrik məktubu ünvanlayıb. QAZİLER.AZ-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:


“Hörmətli cənab İnfantino,
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu məsul və şərəfli vəzifəyə seçilməyiniz futbolun inkişafı sahəsində xidmətlərinizə verilən yüksək qiymət, beynəlxalq idman ictimaiyyətinin Sizə olan böyük etimadıdır. İnanıram ki, Azərbaycan ilə FİFA arasındakı əməkdaşlıq bundan sonra da müvəffəqiyyətlə davam edəcək. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyirəm”.