İTV əməkdaşının intihar etdiyi məlum oldu - YENİLƏNİB

İTV əməkdaşının intihar etdiyi məlum oldu - YENİLƏNİB backend

İctimai Televiziyanın 35 gün əvvəl itkin düşmüş əməkdaşı Rəşad Əliyevin intihar etdiyi məlum olub APA-nın məlumatına görə, onun meyiti ötən gün “Cristall hall” yaxınlığında dənizdə aşkar edilib.

Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, Rəşad Əliyevin meyiti üzərində heç bir zorakılıq əlamətləri və xəsarətlər aşkar edilməyib. Onun intihar etdiyi ehtimal olunur. Bu gün meyit ailəsinə təhvil veriləcək.

Faktla bağlı araşdırma aparılır.

***
İctimai Televiziyanın (İTV) itkin düşmüş əməkdaşı Rəşad Əliyevin meyiti tapılıb.
Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, R. Əliyevin meyiti bu gün “Cristall hall” yaxınlığında dənizdə aşkar edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.