Artur Rasizadənin 81 yaşı tamam oldu

Artur Rasizadənin 81 yaşı tamam oldu backend

Bu gün Azərbaycan Respublikasının baş naziri Artur Rasizadənin 81 yaşı tamam olur.

Virtualaz.org xatırladır ki, Artur Tahir oğlu Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. 1952-ci ildə Lənkəran şəhərindəki 4 №-li orta məktəbi bitirib.

Əmək fəaliyyətinə 1957-ci ildə, Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Azərbaycan Neft Maşınqayırması ETİ «AzİNMAŞ»-da mühəndis kimi başlayıb, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində işləyib.

1973-1975-ci illərdə «Azneftsənayemaş» birliyində baş mühəndis, 1975-1977-ci illərdə «İttifaqneftmaş» ЕİB rəisinin birinci müavini-baş mühəndis, 1977-1978-ci illərdə «AzİNMAŞ» Neft maşınqayırması ETİ-nin direktoru olub.

1978-1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981-1986-ci illərdə Azərbaycan KP MK-də maşınqayırma şöbəsinin müdiri, 1986-1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası baş nazirinin birinci müavini) vəzifələrində çalışıb.

1992-1994-ci illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi, 1994-1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləyib.

1996-cı ildə Azərbaycan Respublikası prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.

1996-cı ilin may ayından Azərbaycan Respublikası baş nazirinin birinci müavini, 1996-2003-cü illərdə baş nazir, 2003-cü ilin avqust - noyabr aylarında baş nazirin birinci müavini vəzifələrində işləyib.

2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının baş naziridir.
Diaspora