Sabah hava dəyişkən buludlu olacaq

Sabah hava dəyişkən buludlu olacaq backend

Bakıda və Abşeron yarımadasında fevralın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Qaziler.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-17, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə fevralın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 11-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.